Kürd referendumunun Türkiyənin təhlükəsizliyinə təhdid olaraq görülməsini istəmirik
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Kürd Muxtariyyətinin Baş naziri Neçirvan Bərzani söyləyib.
“Türkiyə ilə əlaqələrimiz keçmişdən bu yana davam edir və edəcək. Sərhədləri əsla dəyişdirməyəcəyik. Sərhədlər olduğu kimi qalacaq. Türkiyə ilə dialoqu inkişaf etdirmək istəyirik. Türkiyə bizim xaricə açılan qapımızdır. Doğrudur, neftin açarı Türkiyənin əlindədir, amma Türkiyə ilə imzalanan bir anlaşmamız da var. Habur sərhəd-keçid məntəqəsini bağlamaq heç kimə sərf etməyəcək”, – deyə o bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...