AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraq Kürdüstanında keçirilən referendumdan sonra Bağdad Ərbil və Süleymaniyyə aeroportlarına uçuşları dayandırıb
İraq Mülki aviasiya idarəsinin (MAİ) məlumatına görə, İraqdaxili reyslər istisna olmaqla, bu aeroportlara bütün beynəlxalq reyslər üzrə qəbul və gediş uçuşları dayandırılıb.
«Sentyabrın 29-da yerli vaxtla saat 18:00-dan başlayaraq (Bakı vaxtı ilə 19:00-a uyğun gəlir – red.) Ərbil və Süleymaniyyə aeroportlarına qəbul və onlardan gediş uçuşları dayandırılacaq» – deyə, idarənin pres-relizində xəbər verilir.
Bu qərarın qəbuluna səbəb kürd hakimiyyyətinin aeroportlar üzərində nəzarəti İraq hökumətinin sərəncamına verməkdən imtina etməsi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...