Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.
Digər bir əmrlə isə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov sayta açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: "Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam". (Anspress)
MilliYol.Az
Digər xəbərlər
loading...