Türkiyənin Çorum şəhərində magistral yolda polis TIR-ı saxlayıb
"Qaynarinfo" xəbər verir ki, TIR-ın sürücüsü polisin "saxla" əmrinə tabe olmayaraq qaçmaq istəyib.
Polisin təqibindən qurtula bilməyəcəyini görən sürücü TIR-ı saxlayaraq hadisə yerindən qaçıb. Polisin yük hissəsinə baxışı zamanı 200 nəfər miqrantlar olduğu müəyyənləşib. Onların hamısı Azərbaycan və Əfqanıstan vətəndaşları olub. Hamilə olan bir qadının doğum sancıları erkən başlayıb və polis onu xəstəxanaya çatdırıb.
Onların 1000 dollar qarşılığında Bakıdan Türkiyə vasitəsi ilə Avropaya aparıldığı bildirilir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...