"Turistlərin axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Ancaq gərək insanlar gəlib Azərbaycana görsünlər. Onların bizə xoş davranış nümayiş etdirməsi üçün gərək insanlar da onlara mədəniyyətimizi öyrətsinlər"
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdırlar: "Bütün insanlara üzümü tuturam, qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər biz istəyiriksə, bizi tanısınlar, bu yolda müəyyən işlər görülməlidir".
MilliYol.Az
Digər xəbərlər
loading...