İnflyasiyanın trayektoriyasındakı qeyri-müəyyənliyə baxmayaraq, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini tədricən artıracaq
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu FED rəhbəri Canet Yellen Klivlend şəhərində dünənki çıxışı zamanı bildirib.
Yellen qeyd edib ki, FED inflyasiyanın səviyyəsi ilə bağlı hesablamalarında qeyri-dəqiqliyə yol verə bilər və əmək bazarı kimi əsas amili diqqətdən yayındıra bilər. Zəif inflyasiya yaradan amillər bir müddət sonra aradan qalxacaq: "İnflyasiya 2% hədəfinə çatana qədər faizlərin bu səviyyədə saxlanılması düzgün olmaz".
Yellen həmçinin əlavə edib ki, "FED çox yavaş hərəkət etməkdən çəkinməlidir".
FED rəhbərinin çıxışından sonra FED-in dekabrın 12-13-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ehtimalı 78%-ə çatıb. Qeyd edək ki, Klivlend iclasından əvvəl bu göstərici 73% olub.
MilliYol.Az
Digər xəbərlər
loading...