Bu gün ATV telekanalına yeni rəhbər təyin olunan Azər Xəlilov 32 nəfərin işdən çıxarılması ilə bağlı KİV-lərdə yayılan məlumatlara münasibət bildirib
A.Xəlilov AzVision.az-a açıqlamasında deyib ki, telekanalda kütləvi ixtisarın başlanması ilə bağlı yayılan xəbərlər həqiqətdən uzaqdır.
“Heç kim işdən çıxarılmayıb. Kim gedirsə, öz istəyi ilə gedir. Bu məsələ ilə bağlı kadrlar şöbəsi məlumat yayacaq”.
Qeyd edək ki, bu gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...