Şəhab əl-Məkahalə
“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)
Rusiyanın dövlət başçısı Vladimir Putin sentyabrın 28- də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. Türkiyənin xüsusi təyinatlı qüvvələrinin Suriya müxalifətinin son sığınacağı olan İdlibə müdaxilə etməsinə qədər hər iki lider bölgə məsələlərinə dair mövqelərini paylaşacaq.
Putinin Ankaraya səfəri Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səudun 5-7 oktyabr tarixlərində Moskvaya edəcəyi səfərə bir neçə gün qalmış baş tutacaq.
Ölkələr arasındakı siyasi-iqtisadi əlaqələrin 2015-ci ilin noyabr ayında Rusiya qırıcısının vurulmasınadək, böhran öncəsi səviyyədə bərpası gündəmin ana mövzusudur.
Türkiyə-Rusiya yaxınlaşması hər iki ölkənin Qərblə, xüsusilə Birləşmiş Ştatlarla olan gərgin münasibətləri, əsasən, Türkiyədə baş verməmiş 2016-cı il iyul çevrilişi cəhdi sonrasında baş tutub.
O vaxtdan bəri Ankara Suriyadakı Rusiya maraqlarını təhdid edən müxalif qruplara dəstək verməkdən imtina edib. Rusiya Suriya sərhədi yaxınlığında (Əl-Bab, İdlib və Hələb) fəaliyyət göstərən kürd qrupları dəstəkləməkdən vaz keçib, Türkiyə daxilində separatçılığı körükləməsi şübhəsini aradan qaldırıb. Rusiya türk qüvvələrinin kürdlər və İŞİD-in nəzarəti altındakı Suriya sərhəd bölgələrini nəzarət altına almasına göz yumub.
Xarici müdaxilələr
İllər boyu Rusiya Türkiyəni islamçı anti-Əsəd qüvvələrinə dəstək verməkdə ittiham edib, Türkiyə Kürdüstan İşçi Partiyası (PKK) və PKK-nın Suriya müttəfiqləri ilə müharibə apararkən, Rusiyada onların fəaliyyətinə yaşıl işıq yandırıb. İndi Ankara sərhədlərini müdaxilədən qorumaq üçün Rusiyadan dəstək istəyir.
Hazırda Türkiyə rəhbərliyi Rusiya ilə strateji əlaqələr axtarır, bununla da Qərblə itən ittifaqın yerini doldurmaq istəyir. Başqa sözlə, Ankara regional yaxınlığından, maraqların üst-üstə düşməsindən, ümumi mədəni dəyərlər və dilə istinadən daha çox "Avrasiya" səmtinə yönəlir.
Suriyada müharibəni udduqdan sonra Rusiya artıq sülhü təmin etməyə – müharibə aparmaqdan da çətin missiya yerinə yetirməyə çalışır.
Başlanğıcda Rusiya suriyalı müxaliflərə sülhün qəbul etdirilməsi və siyasi həll yoluna çatmaq üçün sülh danışıqlarına qoşulmaqdan ötrü Türkiyəni əsas tərəfdaş kimi istifadə edib. Daha sonra, Moskva, Qazaxıstanın paytaxtı Astanada, Türkiyə və İranı əhatə edən sülh konfransına çağırıb. Ölkələr müharibəni sona çatdırmaq və Suriyanın bölünməsini dayandırmaq üçün hərbisizləşdirilən zonaların yaradılması üçün diplomatik üçlük yaradıblar.
Rusiya ABŞ-a mesaj göndərmək üçün danışıqlar üçün Astananı məxsusi seçib: Sovet İttifaqının keçmiş respublikaları ilə Rusiya sərhədlərinə yaxınlaşma.
Həm Putin, həm də Ərdoğan bənzər mövqe nümayiş etdirir və hər ikisi də mühafizəkar, milliyyətçi daxili siyasəti canlandırmağa çalışır, üstəlik avropalılarla qeyri-adekvat əlaqələrə malikdirlər. Putinin Türkiyə səfərinə Qərb qaşları qaldırır, çünki bu, Türkiyənin Avropa Birliyi və ümumən Qərblə əlaqələrini dayandığı bir zamanda baş verir.
İndiki vaxtda Moskva müxtəlif maraqlı tərəflərlə yaxşı əlaqələr saxlamaq üçün vasitəçi mövqeyində olmaq istəyir. Tərəflər arasındakı fərqlər, Kremlin Ərdoğanla mübahisəsində olduğu kimi, uyğun gördüyü şərtlərlə həll edilə bilər.
İkitərəfli Rusiya-Türkiyə münasibətləri bir çox ümumi xüsusiyyətlərə malikdir: praqmatizm, çoxtərəfli yanaşma, ümumilik, enerji resurslarından asılılıq, geosiyasi güc, hərbi fəaliyyət, Qərbə münasibətdə ehtiyatlılıq. Bütün bunlar, Rusiya və Türkiyə arxasında Avrasiya və Yaxın Şərq mənzərələrində mühüm rol oynaya bilib.
İqtisadi faktor
2014-cü ildə Putin və Ərdoğan ikitərəfli ticarət haqqında bir sıra müqavilələr imzalayıb ki, onların illik ticarət həcmi 2020-ci ilə qədər 100 milyard dollara çatmalıdır. Ancaq görüşün ən əhəmiyyətli nailiyyəti təbii qaz ticarətində əməkdaşlığı genişləndirməyə dair razılaşması olub. Bu razılaşmalarla Rusiya Türkiyəyə 3 milyard kubmetrdən çox qaz ixrac etməyi hədəfləyir.
Türkiyə enerji ehtiyacının 93 faizini idxal edir, bunun 97 faizi təbii qazdır. Ankara qazın 60%-ini Rusiyadan alır və o, Almaniyadan sonra Rusiya təbii qazının ikinci böyük idxalçısıdır. Rusiyaya edilən ixracatın dəyəri təxminən 6 milyard dollardır.
Putin və Ərdoğan, hər iki ölkənin harmonik münasibətləri olmadığı halda belə, rəsmi olaraq 30 dəfə görüşüblər. Ancaq hər iki tərəf çox yaxşı bilir ki, investisiyalar və iqtisadiyyat, o cümlədən təbii qazla bağlı söhbətlər getdikdə, siyasi fikirlər bir kənara qoyulur. Tamamilə iqtisadi baxımdan, Türkiyə Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ və Aİ -ni daban-dabana izləyə bilməz.
İraqda və Suriyadakı qeyri-sabitlikdən ucbatından Ankara, Rusiya istisna olmaqla, alternativ enerji variantına malik deyil. Buna görə də, Türkiyə öz sənayesi üçün zəruri olan enerji mənbələrinə təhlükə yarada biləcək hər hansı bir siyasət sərgiləyə bilməz. Hər iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ilin sonunda 40 milyard dollara çatıb və bu il də artırılacaq.
Hərbi və təhlükəsizlik amili
Türkiyə ilə əlaqələrini yaxşılaşdırmış Rusiya üçün əsas amil onun təhlükəsizliyi və hərbi mənafelərinin üstünlüyüdür. Putin Suriyadakı təhlükəsizlik vəziyyətindən, xüsusilə də İŞİD və digər terrorçu qrupların tərkibində mübarizə aparan əslən rusiyalı döyüşçülərdən dərindən narahatlıq keçirir.
Rusiya prezidenti İraq və Suriyadakı rus ekstremistlərindən heç birinin evlərinə dönməyəcəyinə əmin olmaq üçün Türkiyədən kömək istəyir. Türkiyə prezidentinə gəldikdə isə, onun əsas narahatlığı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsidir.
2014-cü ildən etibarən Türkiyənin beynəlxalq əlaqələrində belə kəskin dəyişmə baş verib ki, gözlənilməzlik gələcək üçün yeganə təhlükəsiz proqnoz kimi görünür. Hər iki lider, digər liderlərin onlara inamın asılı olmayaraq, öz ölkələrinə xidmət etmək üçün birlikdə çalışmalıdır.
“S-400” müqaviləsi ilə Ankara və Moskva arasındakı son hərbi yaxınlaşma NATO səlahiyyətlilərini narahat edib, çünki Rusiyanın hava hücumundan müdafiə sistemi NATO standartına uyğun deyil. Bu razılaşma ilə Rusiya, Almaniya və ABŞ-dan sonra Türkiyədə üçüncü silah ixracatçısı olacaq.
Hərbi əməkdaşlığı gücləndirmək üçün oktyabr ayında İrana səfər etməyi planlaşdıran Ərdoğan İraq və Suriyada gərginlik yaradacaq separatçılığı körükləyən “müstəqil kürd dövləti”nin əks-sədasını müzakirə edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...