İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir
İran politoloqu Qadir Qolkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır. Yerli KİV-inin məlumatına görə, yürüşlərdə demək olar ki, İranın Kürdüstan əyalətinin 80% əhalisi iştirak edir. Hakimiyyət kürdlərə İraqdakı soydaşları ilə həmrəy olduqlarını və sevindiklərini bildirmələrinə mane olmayıb.
Onun sözlərinə görə, regionda baş verənlər ABŞ-ın "Böyük Yaxın Şərq" geosiyasi planının bir hissəsidir.
Qeyd edək ki, İraq Kürdüstanında keçirilən referendumun 93%-dən çox iştirakçısı bu regionun müstəqilliyi lehinə səs verib.
MilliYol.Az
Digər xəbərlər
loading...