"Bu gün iş yerlərində əmək müqavilələrinin olmaması dövlət büdcəsinin gəlirlərinin artmasına mənfi təsir edir"
Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, bu problemin aradan qaldırılması üçün Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə iş aparır: "Təsəvvür edin ki, əgər iş yerlərində bu müqavilələrin 10%-i bağlansa büdcəyə 100 mln. manatlarla vəsait daxil olar".
Millət vəkili həmçinin deyib ki, əgər Azərbaycanda hər hansı verginin dərəcəsi azaldılsa, bu, digər vergi növlərindən daxilolmaların artmasına səbəb olacaq/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...