Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nehmətov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Nehmətov ifadə verib.
O bildirib ki, Yalçın Qocayevi öldürmək fikri olmayıb: “Onunla yaxın dost idik. Yalçını öldürmək istəmirdim. Elə bir niyyətim də yox idi. Hadisə oldu”.
Daha sonra E.Nehmətov hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.
Məhkəmə oktyabrın 2-də davam edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nehmətov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nehmətov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...