Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb
Dövlət Gömrük Komitəsindən musavat.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.
Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in Siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.
Metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və həbin 1/2 miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...