“Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində hətta sahil zolağına yaxın ərazilərə sursatların qəlpələri yayılıb”
APA-nın xəbərinə görə, bunu ANAMA-nın Əməliyyat üzrə Meneceri Samir Poladov ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda keçirilən tədbirdə təqdimatla çıxışında deyib.
S. Poladov bildirib ki, Xızıda partlayış baş vermiş ərazidə sursat və qəlpələrin yayılma dərəcəsi çox ağırdır: “Biz hadisə baş verən kimi dərhal qüvvələrimizi Xızıya səfərbər etdik. Hazırda 20 km diametrdə hərbi sursatları ərazilərdən təmizləyirik. Buna baxmayaraq, ərazi elə çirklənib ki, təmizlənməsi hələ uzun müddət davam edəcək”.
Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...