"Qardaşım Amerikada yaşayır, onun yanına getdim. Frankfurtda bomba təhlükəsi elan olundu. Artıq təyyarəyə keçəndə polislər qaça-qaça gəlib bizi apardılar. Bir çox şəhər gəzdim"
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Ranar Musyaev “ATV maqazin onlarla” verilişində deyib.
O, Amerika səfəri zamanı başına gələn hadisələrdən danışıb:
"Las-Veqasda pasportum oğurlandı. İlk dəfə elə bildim Rüfət Ağayev götürüb, mənə zarafat edir. Bildim ki, pasportumu ermənilər oğurlayıb. Onunla pis iş görüb, məni həbsxanaya sala bilərdilər. Səfirliyə gedib, şikayət yazdım.
Gah kredit kartım bağlanıb. Neçə saat yolda qalmışam, telefonum da sönmüşdü. İstidən az qala yerə uzanırdım. Qayıdandan sonra isə təyyarəyə gecikdim. Bir gün bomj kimi hava limanında qaldım.
Hollivuddaydım, xəyallarımdakı şəhər ancaq problemlərlə dolu oldu. Hansı şəhərə gedirdim orada problem çıxırdı. Los-Ancelesə gedəndə yanğın oldu.
Günəş tutulanda Mayamidə çimərlikdə idim. Günəş tutuldu, 15 dəqiqədən sonra göy qara rəngə büründü. İnsanlar çimərlikdən qaçırlar, dənizdəkilər dəli kimi üzürlər. Düşünürəm ki, qəribədilər, hara qaçırlar. Sanki dənizdən üstünə su gəlirdi. Külək suyu sovurur, göz-gözü görmürdü. Düşünürdüm ki, nədən tutum ki, özümü saxlayım. Borulardan tutub dayandıq ki, keçib getsin".
Ranar bildirib ki, bu hadisələrdən sonra hec bir həmkarı onunla maraqlanmayıb:
"Nə Hüsniyyə, nə də Fariz mənə yazmadı. Bircə Kamilə maraqlandı".
MilliYol.Az
Digər xəbərlər
loading...