iPhone 8 və X modelləri təqdim edildiyindən bu yana Apple şirkəti 52 milyard dollar dəyərdən düşüb. Keçmişdə mağaza önlərində yaranan növbələrdən artıq əsər – əlamət yoxdur
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, Sentyabrın 12-də yeni məhsulları iPhone 8 və iPhone X-u tanıtdı.
“Marja” xəbər verir ki, iPhone 8 və iPhone 8 Plus da ötən günlərdə satışa təqdim edilib. Apple-ın, daha əvvəl çıxardığı məhsullarda mağazaların qarşısında növbələr yaranarkən, bu dəfə yeni modellər ölü doğuldu. iPhone 8 alıcılarda növbəyə duracaqları qədər böyük bir həyəcan yaratmağı bacara bilmədi.
Londondakı satışlarının başlamasından sonra ilk saatlarda yalnız yeddi adam iPhone 8 alıb. Sidneydə isə yalnız 30 telefon satılıb. Mütəxəssislər bu qədər aşağı bir tələbin gözlənilmədiyini bildirirlər. Şirkətin bazar dəyəri də bu satış rəqəmlərindən mənfi satış görür.
52.2 MİLYARD DOLLAR “ƏRİDİ”
Apple-ın bazar dəyəri 12 Sentyabr 2017-dəki təqdimatdan bu yana 52.2 milyard dollar “əriyib”. Şirkətin o gündən bu yana bazar dəyəri 6.2% düşüb. Təqdimatdan əvvəl 837 milyard 540 milyon dollar olan Apple-ın dəyəri dünən 785 milyard 271 milyon dollara geriləyib.
Mütəxəssislər tələblərin ötən illərdəki modellər ilə müqayisədə olduqca aşağı olduğunu qeyd edirlər.
Yeniliklərin kafi olmadığı, yüksək qiyməti və eyni zamanda iOS əməliyyat sisteminin yeni versiyasının batareya ömürünü sürətli bitirdiyi istiqamətindəki tənqidlər də satışların pis getməsinı səbəb olub.
Ancaq, istifadəçilərin iPhone X modelini gözlədiyini iddia edənlər də var. Apple, iPhone X-u 3 Noyabrda bazara təqdim etməyi planlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...