Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub
APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli danışıqlar və regional problemləri müzakirə ediblər.
Prezidentlər Suriya probleminin həllinə dair Astana prosesi və İraqın şimalındakı referendum barədə fikir mübadiləsi apararaq hər ikli dövlətin ərazi bütövlüyünə tərəfdar olduqlarını vurğulayıblar.
Telefon danışığında sentyabrın 28-də Ankarada görüşməklə bağlı razılıq əldə edilib. Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib ki, görüşdə gündəmdəki məsələlər başda olmaqla, ikitərəfli münasibətlər və regional məsələlərin geniş şəkildə müzakirəsi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...