Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev özünü İslam Dövləti (İD) adlandırmış qruplaşmanın nəzarətindən xilas edildiyi və azərbaycanlı olduğu bildirilən uşaqla bağlı BBC Azərbaycancaya deyib
Bundan əvvəl XİN məlumat yayıb ki, İraqdakı səfirliyin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib.
Hikmət Hacıyev bildirib ki, azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyənləşdirilib.
XİN-in məlumatında o da qeyd edilib ki, İraqdakı səfirlik uşağın valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.
"Azərbaycan Respublikasının İraqdakı Səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir", rəsmi məlumatda bildirilib.
Təxminən iki həftə öncə İraqın Mosul şəhərində saxlanılan 1300-dən çox cihadçı ailələri arasında azərbaycanlı qadınlar və uşaqlar da olduğu barədə məlumat yayılıb.
Dövlət Təhükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sentyabrın 24-də bildirib ki, "ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub" və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.
2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir.
MilliYol.Az
Digər xəbərlər
loading...