“Atəşkəsin pozulmasının araşdırılmasına görə mexanizmin yaradılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar üçün böyük təməl qoyacaq”.
Bu barədə işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.
Sarkisyanın sözlərinə görə, o, münaqişənin həllində sülh tərəfdarıdır: “Bizim Qarabağla bağlı mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, bu məsələ sırf sülh yolu ilə həllini tapsın. ATƏT-in Minsk qrupu ölkələrinin həmsədrlərinə bu işdə göstərdikləri anlayış və səylərə görə təşəkkür etmək istəyirəm”.
Ermənistan prezidenti vurğulayıb ki, bu cür münaqişələr birtərəfli həll olunmur: “Sükut rejimi”nin pozulmasının araşdırılması üçün mexanizmin yaradılması istiqamətində birgə addımlar atsaq çox şad olarıq”.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub. (qafqazinfo)
MilliYol.Az
Digər xəbərlər
loading...