«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuela və Koreya Xalq Demokratik Respublikası (KXDR) vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) girişi qadağan olunub
ABŞ Prezidenti Donald Tramp sentyabrın 24-də müvafiq sərəncam imzalayıb. Ağ Evin məlumatına görə, qadağa oktyabrın 18-dən qüvvəyə minir.
Xatırladaq ki, bundan əvvəl qadağa siyahısına İran, Yəmən, Liviya, Somali və Suriya daxil edilmişdi, Sudan isə əksinə, siyahıdan çıxarılmışdı.
Sənədi imzalayarkən, ABŞ Prezidenti Donald Tramp bu qərarını özünün «tvitter»ində şərh edib:
«Mənim bir nömrəli prioritetim – elə etmək ki, Amerika təhlükəsizlikdə olsun. Biz, ölkəmizdə təhlükəsiz seçim edə bilmədiyimiz insanları qəbul etməyəcəyik».
MilliYol.Az
Digər xəbərlər
loading...