ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Sxofer (ABŞ) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçirib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
MilliYol.Az xəbər verir ki, görüşdə Dağlıq Qarabağla bağlı ümumi vəziyyət müzakirə olunub. Görüşün yekunu ilə bağlı bəyanatda “Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub”.
Politoloq Elxan Şahinoğlu açıqlamaya münasibət bildirib: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün yekunu ilə bağlı yaydıqları bəyanatda əsas cümlə budur: “Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub”. 10-15 il bundan əvvəlki bəyanatlarla heç bir fərqi yoxdur. Bəyanatda münaqişənin həllini sürətləndirilməsi mexanizminin hərəkətə gətirilməsinə dair bir cümlə belə yoxdur".
MilliYol.Az
Digər xəbərlər
loading...