“McAfee” şirkətinin kibertəhlükə üzrə mütəxəssisləri, internetdə olan ən təhlükəli şəxsin adını açıqlayıblar.
MilliYol.Az technote.az-a istinadən xəbər verir ki, bu, 2013-cü ildən bəri yeni albom təqdim etməyən kanadalı müğənni Avril Lavigne-dir. 2013-cü ildən yeni albom təqdim etməsə də, onun adı ilə bağlı külli miqdarda zərərli kontent var. “McAfee” mütəxəssislərinin analizləri nəticəsində məlum olub ki, məhz bu müğənninin adı ilə bağlı kontentlərə hackerlər daha çox zərərli proqram təminatları yerləşdirirlər.
Beləliklə Avril Lavigne, internetin ən zərərli kontentini yayan şəxs hesab edilir. Belə ki, onun pulsuz MP3-lərinə edilmiş sorğularda, axtarış sistemləri, 22%-lik ehtimal ilə istifadəçiləri, viruslu saytlara yönləndirir. Onun musiqilərinə qulaq asmaq əvəzinə fotolarına baxan şəxslərin isə bu cür saytlara yöndərilməsi ehtimalı 14.5% təşkil edir. İlin ən zərərli şəxsləri siyahısına həmçinin Bruno Mars, Justin Bieber, Zain Malik, Celine Dion, Katy Perry və Beyonce kimi müğənnilər də düşüb.
MilliYol.Az
Digər xəbərlər
loading...