Bu gün Avropa Liqasında mövsümün ilk püşkatması keçirilib. MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb.
UEFA-nın mənzil qərargahındakı tədbirdə 39 ölkədən 114 komanda iştirak edib. Əvvəlcə I təsnifat mərhələsinin cütləri bəlli olub. Burada mübarizə aparacaq 96 klubdan 3-ü Azərbaycan təmsilçisidi. 3 klubumuzdan ikisi - “Neftçi” və “Qəbələ” daha yaxşı reytinqlilərin "Səpələnmişlər"in, “Kəpəz” "Səpələnməmişlər"in səbətində yer alıb.
Puşk "Neftçi"ni Malta təmsilçisi "Balstan"a rəqib edib. "Qəbələ" Gürcüstanın "Samtredia" klubuna rəqib olub. "Kəpəz" isə Moldva "Daçiya"sı ilə düşüb.
Bu mərhələnin oyunları 30 iyun və 7 iyul tarixlərində baş tutacaq.
Saat 16.30-da isə II təsnifat mərhələsinin püşkü atılacaq. Burada 48 cüt və mübarizəyə bu raunddan qatılan 18 komanda iştirak edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Neftçi (Azərbaycan) - Balstan (Malta)
Qəbələ - Samtredia (Gürcüstan)
Kəpəz (Azərbaycan) - Daçiya (Moldova)
MilliYol.Az
Digər xəbərlər
loading...