Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov erməni deputatların Azərbaycanda içki içərkən foto çəkdirməsinə və məqsədli şəkildə onu yaymasına münasibət bildirib
R.Cəbrayılov “Ölkə.Az”-a açıqlamasında bunun növbəti erməni təxribatı olduğunu söyləyib:
“Mən bunu erməni deputatların “Don Kixot”luğu adlandırardım. Bu, Azərbaycan cəmiyyətini qıcıqlandırmaq və həmin deputatların Ermənistanda öz seçicilərindən ucuz dvident qazanması məqsədini güdür. Fotodan aydın görünür ki, onu azərbaycanlıları qıcıqlandırmaq üçün çəkiblər. Məncə məqsəd odur ki, azərbaycanlılar sözügedən fotodan qıcıqlanıb, erməni deputatlara nə isə etsin. Ermənilər də dərhal bunu dünyaya yayaraq, özlərini “məzlum” kimi göstərsinlər”.
Deputat deyib ki, həmin foto restoranda deyil, otel otağında çəkilib: “Düşünürəm ki, foto qəsdən yaxın planda çəkilib ki, insanlar həmin fotonun Azərbaycanda hansısa restoranda çəkildiyini güman etsin. Ancaq həqiqətdə isə foto restoranda deyil, qaldıqları otelin otağında çəkilib. Əgər erməni deputatlar restoranda yeyib-içib keflənib, nəlayiq, artıq-əksik hərəkət etsəydilər, hər hansı azərbaycanlının həmin “araq butulkası”nı onların başına çırpması ürəyimdən tikan çıxarardı. Amma soyuq ağılla düşünəndə, bu çıxış yolu deyil”.
R.Cəbrayılov qeyd edib ki, əgər erməni deputatlar Bakıda restoranda yeyib-içib, keflənib hər hansı artıq-əksik hərəkətlər etsəydilər, bununla bağlı qanun çərçivəsində tədbirlər görülməsini istərdim: “Yadıma gəlir, 1999-cu ildə ermənilər Bakıya gəlib sayıqlamışdılar. O zaman bir azərbaycanlı hava limanında həmin erməninin qulağından sillə vurmuşdu. Bir azərbaycanlı kimi bu mənim də ürəyimdən tikan çıxarmışdı. Çünki ermənini vuran hər bir azərbaycanlının gözünün qabağına Xocalı soyqırımı, ermənilər tərəfindən qətlə yetirilmiş, təhqir edilmiş, vəhşicəsinə öldürülmüş azərbaycanlı uşaqlar, yaşlı insanlar gəlir. Yəni, mən bu insanları yaxşı başa düşürəm. Ancaq bu gün dünya elə vəziyyətdədir ki, bir qədər səbrli olmaq lazımdır. Çünki neçə illərdir ki, biz erməni işğalı altında olan öz tarixi torpaqlarımızın bizə məxsus olduğunu hələ də tam dünyaya sübut edə bilmirik. Ona görə də bir qədər səbrli olmaq lazımdır. Bəli, sıravi vətəndaş olaraq düşünürəm ki, əgər restoranda həmin ermənilərin başına kim “araq butulkası”nı çırpsaydı, o mənim ürəyimdən tikan çıxarmış olardı. Ancaq soyuq başla bildirirəm ki, belə məsələlərdə bir qədər səbrli olmaq lazımdır. Təbii ki, bu səbr heç də ermənilərin Azərbaycanda qanunsuz hərəkətlərinə göz yummaq demək deyil. Azərbaycanın qanunları var və ermənilər də bu qanunların tələblərinə əməl etməlidir. Heç kəs qanunu tapdalaya bilməz”
MilliYol.Az
Digər xəbərlər
loading...