“Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq
“Report”un xəbərinə görə, bunu Bakıda Milli Məclis, “Avronest” Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin “Avronest” PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib. Onun sözlərinə görə, “Avronest” PA Ermənistan üçün üçün çox vacibdir: “Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır”.
Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...