Bu gün Azərbaycanda fəaliyyət göstərən məşhur tikinti şirkətlərindən olan “AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb
Şirkətin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar". Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə ipoteka yüklü edilmiş əmlakların özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması barədə xəbərdarlıq ediblər. S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir". Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF İnşaat" MMC-nin keçmiş direktoru Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb.
***
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə “Ölkə.Az”-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.
Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.
MilliYol.Az
Digər xəbərlər
loading...