“Öz yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər”
MilliYol.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov haqqında Moderator.az-a ilginc məktub daxil olub. Məktubda çoxsaylı ittihamlar yer alıb.
Sayt yazır ki, adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui – istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edir: “Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan və birbaşa Azad Cavadova məxsus olmaqla qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmlərinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.
Fınex lizinq (bokt) Şirkətinin icraçı rəhbəri Azad Cavadovun İsgəndər adlı bacısı oğludur”.
Materialda göstərilir ki, İsgəndər və şirkətdə sözü keçən Azad Cavadovun qaynı Ramiz bank sektoruna nəzarət edən şəxslərlə birləşərək bank əməliyyatlarından sui- istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə ediblər.
Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikrokreditlər uzrə rəisidır) və Tamerlanın komandasinda yer alan Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri hesab edərək talayıblar. Öz yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş Banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər.
Sayt yazır ki, Azad Cavadov “Bank Standard”a məxsus olan dəyərı 200 000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165 olan 2016 – cı il buraxılışlı son model “Merceses S class” markalı avtomobıli oz qapısında gizlədərək mənimsəyib və eyni zamanda “Bank Standard”a məxsus olan dəyərı 150000 manat olan “Lexsus 570 LX” markali avtomobıli ova getmək məqsədi ilə özunə məxsus Goradildəki bagında saxlayır.
Azad Cavadov muflis olmus banka məxsus olan son model Mersedes E klass markalı dövlət nömrə nişanı 99 AF 310 olan avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək mənimsəyib və banka heç bir vəsait ödəmədən oz əmlakı kimi bacısının ərinə bagışlayıb.
Azad Cavadov işlədiyi müddətdə müflis olaraq baglanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri – insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət alaraq sıgortasız ödənişlər verib. Bu işlərdə məsələlərın hüquqi tərəfini həll etməyi isə Ramil Tahirova həvalə edib.
Biz bank sektorunda çalışan insanlar görulən bütün bu işlərdə Azad Cavadovun öz tələbəsi olmuş Rüfət Aslanlının əlinin oldugundan əminik. Çünki hər həftənın 5-ci və 6 -cı günləri, hətta təxirə salınmaz görüşə ehtiyac olduğu zaman həftə içində belə, iş vaxtından sonra yenə gecə saatlarında Azad Cavadova məxsus Goradildəki bag evində xüsusı görüşlər təyin olunur və orada talama əməliyyatının detalları dar çərçivədə müzakirə edilirdi.
Xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl Azad Cavadovun qardaşı Süleyman Cavadov Rusiyanın paytaxtı Moskva şəhərində müəmallı şəkildə qətlə yetirildi. Bu qətlin arxasında Azad Cavadovun qanunsuz əməllərinin dayandığını güman etmək olar. Qardaşının qətlindən sonra Azad Cavadov qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomrəli “Hundai Qrandeur” markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir.
Azad Cavadov isə iz itirmək üçün çox vaxt 90-AH-266 nömrəli “Toyota” markali avtomobillə gəzir.
Bundan əlavə Azad Cavadovun mülkiyətində Mərdəkan qəsəbəsində Şüvəlanda bir neçə dəbdəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.
Bundan əlavə Azad Cavadov qanunsuz korrupsiya yolu ilə əldə etmiş oldugu 100 miliyonlarla dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı bank hesablarını öz qohumlarının və etibar etdiyi dostlarının adına rəsmiləşdirə bilib.
Azad Cavadov daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən Beynəlxalq Bankin sabiq sədri olmuş Cahangir Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir. Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranların birində təntənəli qonaqlıq verib.
Ləgv prosesində olan 11 bankın sıgortalı əmanətləri bitmədiyi halda sıgortasız 1 milyard AZN -ə yaxın əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdi”.
Məktub göndərən mənbə yaxın günlərdə Azad Cavadov və onun butun qohum- əqrabasının adına gizlin rəsmləşdirilən villaların, torpaq sahələrinin və şirkətlərin siyahısını və sənədlərini təqdim edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...