Rusiya prezidenti Vladimir Putinin Donbassda təmas xətti boyu BMT sülhməramlılarının yerləşdirilməsi barədə təklifi qəbuledilməzdir və münaqişə ətrafında Qarabağda olduğu kimi status-kvo formalaşdırmağa hesablanıb
Virtualaz.org xəbər verir ki, bunu Litva prezidentinin xarici siyasət müşaviri Neriyus Alekseyunas bildirib.
“Qəbuledilməzdir ki, belə missiyanın Ukraynanın şərqində haradasa demarkasiya xətti boyu yerləşdirilməs təklif olunur. Başlıca məqsəd bundan ibarət olmalıdır ki, əgər BMT missiyası yaradılacaqsa sülhməramlılar Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilsin”-prezidentin müşaviri deyib.
Alekseyunasın fikrincə Avropa İttifaqı sülhməramlı qüvvələrinin Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilməsi münaqişənin nizamlanmasına kömək edərdi və Donbassa rus hərbçilərinin, silahlarının daxil olmasının qarşısını alardı. Təmas xətti boyu sülhməramlıların yerləşdirilməsi isə münaqişənin dondurulmasına xidmət edir.
“Biz izləyrik ki, aldatmasınlar, elə situasiya yaratmasınlar ki, hazırda biz bunu başqa regionlarda görürük. Hansı ki, münaqişə dondurulur, status-kvo legitimləşdirilir və daha sonra müəyyən qeyri-stabillik ocağı formalaşdırılır, Dağlıq Qarabağda və ya Dnestryanı bölgədə olduğu kimi”-Litva prezidentinin müşaviri əlavə edib.
Bu günlərdə Rusiya prezidenti Donbassda BMT sülhməramlılarının yerləşdirilməsinə çağırıb. Hazırda məsələ müzakirə olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...