“İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirir”
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”,- deyə Netanyahu vurğulayıb.
Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini vurğulayıb: “Biz İordaniya və Misirlə sülhü əldə etdik. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...