"Meksikada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Meksikada məhdud sayda azərbaycanlı yaşayır: “Həmin ölkədə bir neçə azərbaycanlı ailəsi yaşayır. Zəlzələ ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ölkədə yaşayan və konsulluqda qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlanılıb. Bizim vətəndaşlar arasında xəsarət alan yoxdur”.
Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında maqnitudası 7,1 olan zəlzələ baş verib. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...