AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya diplomatiyasının başçısı Ziqmar Qabriel Şimali Klreyanın lileri Kim Çen Inı «əlində atom bombası tutmuş dəli» hesab etmir və onunla bilavasitə dialoqa çağırır
«Kim Çen In heç də dəli deyil. O, səliqə ilə yaradılmış stratejiyaya uyğun hərəkət edir. O, hesab edir ki, əgər atom bombasına sahib olsa, rejimi təhlükəsiz şəraitdə davam edər» – deyə, nazir «Bild»lə söhbət zamanı bəyan edib.
Ziqmar Qabriel hesab edir ki, BMT TŞ-nın sanksiyaları Pxenyana təsir göstərəcək. Amma buna xeyli vaxt lazım gələcək.
Bu ərəfədə Almaniyanın xarici işlər naziri onu da bəyan edib ki, Şimali Koreya ətrafındakı münaqişənin həlli üçün vacibdir ki, ABŞ, Çin və Rusiya öz fəaliyyətlərini koordinasiya etsinlər – beynəlxalq münasibətlərdə «gərginliyin azaldılması siyasətini» işə salsınlar.
«Bu üç ölkənin koordinasiyası olmadan, biz problemi həll edə bilməyəcəyik» – deyə, diplomat qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...