Milli Məclisin deputatı ölkədə narkotik vasitə kimi sulu qəlyanın qadağan edilməsini tələb edib
APA-nın məlumatına görə, MM-in Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə sulu qəlyanın tam qadağan edilməməsinin səbəbini araşdırmağı tələb edib, bunun arxasında kimlərinsə olduğunu iddia edib.
O qeyd edib ki, ötən sessiya zamanı qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda sulu qəlyandan istifadənin bir sıra yerlərdə məhdudlaşdırılması yer alsa da, bu, kifayət deyil: “O vaxt da çoxumuz etiraf etdik ki, sulu qəlyanın gətirdiyi xəstəlik nə dərəcədə ciddidir. Bəs nə mane olur ki, birdəfəlik bunu qadağan etmirik? Bunun arxasında hansı lobbi durursa, Azərbaycan xalqının genofondunun qəsdinə durub. Bu, narkotik tərkiblidir və narkotika qədər təhlükəlidir. Həm sağlamlıq cəhətdən, həm də vərdiş baxımından. Bu, tamamilə qadağan edilməlidir”.
Komitə sədri Hadi Rəcəbli isə sulu qəlyanın zərəri ilə bağlı həmkarının fikirlərini təsdiqləyərək artıq bir sıra yerlərdə məhdudiyyətlərin tətbiq edildiyini xatırladıb. A. Əlizadə bununla razılaşmayaraq bu məhdudiyyətlərin kifayət etmədiyini bildirib, sulu qəlyanın tamamilə qadağan edilməsini tələb edib.
MilliYol.Az
Digər xəbərlər
loading...