“Nikoil Bank”ın rəhbərliyinin qiymətləndirmə maxinasiyaları nəticəsində onlarla sahibkar və vətəndaş yenidən banka borclu qalıb
Maliyyə böhranı yaşayan və daxili islahatlar keçirən “Nikoil Bank” da problemlər yenidən qabarıb. Aparılan islahatlar bankın dirçəlməsinin hesablansa da, istənilən nəticə ortada yoxdur. “Nikoil Bank”dakı vəziyyətlə bağlı MilliYol-u məlumatlandıran mənbə bildirir ki, rəhbərliyin şəxsi “fəaliyyətsilzliyi” bankın problemlərini azaltmayıb, daha da artırıb.
Xatırladaq ki, son aylar mətbuatda “Nikoil Bank”ın yeni rəhbərliyinin fəaliyyətsizliyi və bankdakı maliyyə maxinasiyaları ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məlumatlar dərc edilir. Bütün bu informasiyaların isə bank tərəfindən təkzib edilməməsi yazılanların həqiqət olmasına dəlalət edir.
“Nikoil Bank” ASC-də baş verən hadisələrlə bağlı MilliYol-a daxil olan məlumatlarda bildirilir ki, bankın hüquq departamentinin rəhbəri Vüqar Kərimov bank rəhbəri Nikoloz Şurqaia və digər yetkili şəxslərlə əlbir olaraq ağlasığmaz maxinasiyalar həyata keçirirlər. Belə ki, məhkəmələr tərəfindən təyin olunmuş girov əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertizalarda vətəndaşların girov əmlakının dəyərindən dəfələrlə aşağı qiymət qoyulur və bu tendensiya geniş şəkildə tətbiq olunur. Bu prosesdə isə uduzan tərəf təbii olaraq sahibkar və sadə vətəndaş olur və əlacsız qalan insanlar Vüqar Kərimov və bankın digər məsullarl ilə anlaşamaq məcburiyyətində qalırlar.
Aldığımız məlumatda bankdan girov müqabilində kredit götürən çoxlu sayda kiçik sahibkarlar məhz Vüqar Kərimov və ətrafı tərəfindən incidilərək narazı salınırlar. Buna səbəb olan problemlərədən biri isə banka girov qoyan sahibkarların götürdükləri kreditləri ödəmədiyi halda satışa çıxarılan əmlaklarlarının hərracda qiymətinin aşağı salınmasıdır. “Nikoil Bank” hüquq departamentinin rəhbəri bu maxinasiyanı o qədər məharətlə həyata keçirir ki, sonda sahibkar və sadə vətəndaşlar yenidən banka borclu qalır. Bu cür maxinasiya nəticəsində onlarla sahibkar banka borclu qalıb. “Nikoil Bnak” da baş verən bütün bu hadisələrə rəğmən bank rəhbəri Nikloz Şurqai Vüqar Kərimovu qorumaqda davam edir. Hüquq departamentinin əslində hakimiyyət daxilində yüksək vəzifə tutan mötəbər bir şəxsin himayət etdiyi bildirilir.
MilliYol-u məlumatlandıran digər bir mənbə isə bildirib ki, “Nikoil Bank”ın hüquq departeamneti rəhbəri həmçinin məhkəmə işləri adı altında hər ay daxili kassadan “öz məsrəfləri” üçün xeyli miqdarda vəsaitlərin çıxarır.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Nikoloz Şurqaianın “Nikoil Bank” İdarə Heyyətinin sədri vəzifəsinə təyin edildikdən sonra yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirməsi və bəzi bank işçiləri "gözümçıxdı"ya salması barədə məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, Nikoloz Şurqain “Nikhil Bank” a sədr vəzifəsinə yaxın dostu, daim məclislərdə bir yerdə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı gətirib. İngiltərədə yaşayan gürcü əsilli Nikoloz Şurqaianın Rüfət Aslanlı ilə Londonda tanış olduğu bildirilir.
Məlumatda bank rəhbərinin "Facebook" sosial şəbəkəsində ermənilərlə yaxından dostluq etməsi və Azərbaycan xalqının adət-ənənələrinə, faciələrinə biganə münasibət bəslədiyi də qeyd edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...