Fransada keçirilən Avropa çempionatı davam edir. MilliYol.Az xəbər verir ki, bu gecə III tura start verilib.
İlk gündə A qrupunda mübarizəyə yekun vurulub. İlk iki turda qələbə qazanaraq 1/8 finala vəsiqə qazanan Fransa ikinci pillədə qərarlaşmış İsveçrəni sınağa çəkib. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Beləliklə, Fransa 1-ci, İsveçrə 2-ci pillənin sahibi kimi 1/8 finala çıxıb.
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin forma geyindiyi Albaniya Rumıniya ilə qarşılaşıb. İlk iki turda məğlub olan albanlar bu dəfə Armando Sadikunun tək qolu ilə qələbə qazanaraq 3-cü pilləyə yüksəlib. Aqolli yenə komandasını kapitan kimi meydana çıxarıb. Beləliklə, Albaniya ən yaxşı 3-cü yerin sahibi olan 4 komandadan biri kimi 1/8 finala çıxmaq şansı qazanıb. Buna bütün qruplarda mübarizə abaşa çatadan sonra aydınlıq gələcək.
Avropa çempionatı
Qrup mərhələsi
III tur, 19 iyun
A qrupu
İsveçrə - Fransa 0:0
İsveçrə: 1. Yann Sommer, 2. Stepan Lixtşteyner (k), 7. Breel Embolo (9. Haris Seferoviç, 74), 10. Qranit Haka, 11. Valon Behrami, 13. Rikardo Rodriges, 15. Blerim Cemaili, 18. Admir Mehmedi (6. Maykl Lanq, 86), 20. Yohan Coru, 22. Fabian Şkar, 23. Herdan Şaqiri (16. Gelson Fernandes, 79),
Ehtiyat oyunçular: 12. Marvin Hits, 21. Roman Bürki, 3. François Mubande, 4. Niko Elvedi, 5. Stiv von Bergen, 8. Fabian Frey, 14. Denis Lemi Zakaria, 17. Şani Taraşay, 19. Eren Derdiyok.
Baş məşqçi: Vladimir Petkoviç.
Fransa: 1. Hüqo Lloris (k), 2. Kristof Jallet, 3. Patrik Evra, 4. Adil Rami, 6. Yohan Kabaye, 7. Antoine Qriezmann (14. Blayse Matuidi, 77), 10. Andre Giqnac, 15. Paul Poqba, 18. Mussa Sissoko, 20. Kinqsley Koman (8. Dimitri Payet, 63), 21. Loran Kosçielni.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 5. N`Qolo Kante, 9. Olivier Qiroud, 11. Antoni Martial, 12. Morqan Şkneyderlin, 13. Eliaquim Manqala, 17. Lukas Digne, 19. Bakari Saqna, 22. Samuel Umtiti.
Baş məşqçi: Didye Deşam.
Sarı vərəqələr: Adil Rami, 25. Loran Kosçielni, 83.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (Sloveniya), Marko Frits (Almaniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (Sloveniya).
Lill. “Pyerr-Morua” stadionu.
Rumıniya - Albaniya 0:1
Qol: Armando Sadiku, 43.
Rumıniya: 12. Kiprian Tatarusanu, 2. Aleksandru Matel, 5. Ovidiu Hoban, 6. Vlad Çiriçes (k), 9. Denis Alibek (11. Qabriel Torxe, 57), 10. Nikolae Stanku, 18. Andrey Prepelita (17. Lusian Sanmartean, 46), 19. Boqdan Stanku, 20. Adrian Popa (14. Florin Andone, 68), 21. Draqos Qriqore, 22. Kristian Sapunaru.
Ehtiyat oyunçular: 1. Kostel Pantilimon, 23. Silvu Lunq, 3. Razvan Rat, 4. Kosmin Moti, 7. Aleksandru Çipku, 8. Mihay Pintili, 13. Klaudiu Keseru, 15. Valerika Qaman, 16. Steliano Filip.
Baş məşqçi: Anxel İordanesku.
Albaniya: 1. Etrit Berişa, 2. Andi Lila, 3. Ermir Lencani (21. Odise Roşi, 77), 4. Elseid Hisay, 7. Ansi Aqolli (k), 8. Miqyen Başa (5. Lorik Kana, 83), 9. Ledian Memuşay, 10. Armando Sadiku (19. Bekim Balay, 59), 15. Merqim Mavray, 18. Arlind Ajeti, 22. Amir Abraşi.
Ehtiyat oyunçular: 12. Orges Şehi, 23. Alban Hoxa, 6. Frederik Veseli, 11. Şkelzen Qaşi, 13. Burim Kukeli, 14. Taulant Haka, 16. Sokol Kikalleşi, 17. Nasir Aliji, 20. Ergis Kaçe.
Baş məşqçi: Covanni De Biasi.
Sarı vərəqələr: Aleksandru Matel, 54. Kristian Sapunaru, 85. Qabriel Torxe, 90+3 - Miqyen Başa, 6. Ledian Memuşay, 85. Elseid Hisay, 90+4.
Hakimlər: Pavel Kraloveç, Roman Slişko, Tomaş Mokruş (Çexiya), Tasos Sidiropulos (Yunanıstan).
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (Çexiya).
Lion. Şəhər stadionu.
1 | Fransa | 2 | 2 | 0 | 0 | 4-1 | 6 |
2 | İsveçrə | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
3 | Rumıniya | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Albaniya | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
MilliYol.Az
Digər xəbərlər
loading...