Sumqayıtlılar etiraz edir – Müqayis Verdiyev icra başçısının qanunsuz əməllərinin qurbanıdır
“Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin son 11 ayda yaşadığı haqsızlıqlarla bağlı Realliq.info – da işıq üzü görən yazılar sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.
İş adamının Prezidentə və ölkənin Baş prokuroruna ünvanladığı müraciətlər və saytın apardığı araşdırmalar göstərir ki, Müqayis Verdiyev bir məmurun hegemonluğunun əsirinə çevilib. İş adamının pulunu tələb etməsi Sumqayıt İcra başçısı Zakir Fərəcovun qəzəbinə səbəb olub və 11 aydır ki, qanunsuz həbs baş verib.
Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə 12 milyon manat vəsaitini xərcləyən iş adamı 9 aya mümkün olmayan işi bacarmaqla Prezidentə verilən sözün icrasında əsas rol oynayıb. Şəhər Bulvarının tikintisi zamanı gecəni də yuxusuz keçirən M.Verdiyevə verilən vədlər yerinə yetirilmədi. Icra başçısı 9 aya bulvarın tikintisini reallaşdıran iş adamını açılışa qədər “qardaş” deyərək alqışlayırdı. Açılışdan sonra isə Zakir Fərəcovun əsl siması üzə çıxdı və iş adamının xərclədiyi pulları geri qaytarmaq yerinə onu şantaj edərək həbs etdirdi.
Müqayis Verdiyev saxta dostuna inanaraq əlində olan vəsaiti bulvarın tikintisinə xərclədi. İşçi kollektivinin və texnikanın işə cəlb edilməsi, tikinti materialları və digər vacib şərtlər üçün milyonlarla pul xərcləyən iş adamı indi evini belə girovluqdan çıxara bilmir. “Dostu” saydığı Zakir Fərəcovun amansız qərarı Müqayiş Verdiyevi həbsxanaya yolladı və digər iş adamlarını çarəsiz buraxmaqdadır.
Sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrilən bu həqiqətlər Zakir Fərəcovun adamları tərəfindən etirazla qarşılanıb. Hələ bu azmış kimi Fərəcovlara yarınan insanların bəziləri icra başçısının iş adamlarına olan borcunu ödədiyini yazırlar. Lakin bu qədər ittihamın qarşısında Zakir Fərəcovun iş adamlarına pul ödəməsi ilə bağlı heç bir sənədə və köçürməyə rast olmadıq. Amma iş adamlarının pullarını mənimsəyən icra başçısının dövlətin ayırdığı 50 milyon manat vəsaiti də oğurladığına şübhə yoxdur.
Zakir Fərəcovun dövlət vəsaitini mənimsəməsi prosesinə nəzər yetirəndə məlum olur ki, bu məmur ölkə qanunlarına məhəl qoymur və “Akula” ləqəbinə uyğun olaraq hərəkət edir. Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün Prezident tərəfindən ayrılan milyonlarla vəsaiti mənimsəmyən icra başçısı saxta sənədləşmələr aparmaqdan belə çəkinməyib. Bacısı oğlunun adına saxta MMC yaradan Zakir Fərəcov Dövlətin ayırdığı pulları həmin cəmiyyətin hesabına köçürüb. Rəsmi sənədlərdə isə göstərilir ki, güya Fərəcovların yaratdığı MMC şəhər Bulvarının tikintisində iştirak edib. Halbuki icra başçısının yaratdığı cəmiyyət ümumiyyətlə tikintidə iştirakçı olmayıb və ancaq vəsaitlərin silinməsi üçün adından istifadə olunub. Respublika Baş prokurorluğunun məsələni araşdırması vacib şərtdir. Ölkə başçısını aldatmağa cəhd edən bir məmurun qanunsuz əməlləri cavabsız qalmamalıdır. Zakir Fərəcovun özbaşınalığı, onun Dövlətə vurduğu milyonlarla manat ziyanın hesabını sormağın zamanıdır. əks təqdirdə “Akula” daha da azğınlaşaraq öz şəxsi maraqlarını həyata keçirməklə bir çox insanların həyatını məhv etməkdə davam edəcək.
Sumqayıt Dənizkənarı Bulvarda əziyyət çəkən işçilər və vəsaitlərini xərcləyən iş adamları da həbsdə olan Müqayis Verdiyevin haqlı olduğunu gizlətmirlər. Onların bir neçəsi dünən Realliq.info – ya müraciət edərək icra başçısının iş adamını həbs etdirməsinə etiraz edirdilər. Onların fikrincə Zakir Fərəcov Müqayis Verdiyevi susdurmaq üçün hər yola əl ata bilər: “Fərəcov heç kimdən qorxmur. Hər yerdə deyir ki, arxamda Bəylər Eyyubov dayanıb. Ona görə kimi istəyir həbs etdirir, kimi istəyir hədələyir. Müqayis Verdiyevinpulunu verməmək üçün 11 aydır ona qarşı haqsızlıq edilir. Zakir Fərəcovun özbaşınalığının qurbanı olan iş adamının həyatı təhlükədədir. Müqayis müəllim susmasa Zakir Fərəcov onu daha ağır cəzalara məhkum edə bilər. Biz Ölkə başçısından və Baş prokurordan baş verənləri nəzarətə götürməyi və Müqayis müəllimi qanunsuz həbs etdirən icra başçısının cəzalandırılmasını xahiş edirik”.
Müqayis Verdiyev kimi onlarla insanın hüquqlarını pozan icra başçısı qanunsuz əməllərinə davam edir. Zakir Fərəcov Prezidentin açılışını etdiyi Sumqayıt Bulvarını satmaqla da etirazları coşdurmaqdadır. İcra başçısı bulvarın ərazisində hündürmərtəbəli binaların tikintisinə sərəncam verməklə öz şəxsi maraqlarını həyata keçirir. Rüşvət hesabına şəhərin hər yerində binalar tikdirən icra başçısı etiraz edən insanları cəzalandırmaqdan çəkinmir. Zakir Fərəcov bəlasının qurbanı olanlar susmaqdıqca Müqayis Verdiyevin taleyini yaşamağa məhkum edilir.
Ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan məmurun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsinın zamanı çoxdan yetişib. İş adamlarının haqlı müraciətlərinə biganə münasibət narazılıqların artmasına səbəb olmaqdadır. Müqayis Verdiyevin qanunsuz həbsinin səbəbləri araşdırılmalı və ölkəsinə, vətəninə xidmət edən insanın hüquqlarının bərpa olunmasına qərar verilməlidir. Zakir Fərəcovun Sumqayıtdakı fəaliyyətinin araşdırrılması və keçmişi ilə bağlı yaddaşlarda qalan cinayət tərkibli əməllərinin cavabsız qalmaması üçün aidiyyatı qurumların qərar verməsi vacibdir.
Mənbə: Realliq.info
MilliYol.az
Digər xəbərlər
loading...