2015/16 illər mövsümünün yekununda "Neftçi” ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb. MilliYol.Az xəbər verir ki, bunlar Aqil Məmmədov, Erik Ramos, Anete, Melli və Nikolas Kanalesdi.
Klubun yaydığı rəsmi məlumata görə, Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun digər kluba keçidi ilə bağlı proses hazırda davam edir.
Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə, sabah İsveçrənin Nyon şəhərində Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündü. Hazırda "Neftçi” ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədi. Məlumat üçün bildiririk ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədi və komandaya yeni cəlb edilmiş futbolçularla bağlı sabah ətraflı məlumat veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...