Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı xəbərlər yayılıb.
“Yeni Hayat Şirkətlər Qrupu” MMC-nin mətbuat xidmətindən MilliYol.Az-a daxil olan məlumatda bu xəbərlərin əsasssız və yalan olduğu bildirilir.
“Yeni Həyat Şirkətlər Qrupu”nun idarə etməsində bir neçə şirkət var. Bunlar-“Grand Hayat” MT -Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Hayat Palace” MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, “Park Azure” MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara verib, “Megafun” AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən “Hayat Management” MMC-dir.
Müflis elan edilməsi barədə xəbər yayılmış “Yeni Həyat” MMC Zərifə Əliyeva ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil verib və 2015-ci ildən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılıb və binaya xidmətin göstərilməsi üçün “Hayat Management” MMC-yə təhvil verilib.
Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yalnışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır”, - deyə bəyanatda vurğulanır.
MilliYol.Az
Digər xəbərlər
loading...