Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun (AÇG) ehtiyatlarının artması ehtimalı var
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var: “İndiyədək AÇG-dən 436 milyon ton neft hasil edilib və blokun çıxarılmamış ehtiyatları 500 milyon ton həcmində qiymətləndirilir. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var”.
MilliYol.Az
Digər xəbərlər
loading...