2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilən və 11 sentyabr 2107-ci ildə vaxtından əvvəl azad edilən 14 Nardaran sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
AzVision.az məktubun tam mətnini təqdim edir:
“ Hörmətli cənab prezident!
Məhkəmənin barəmizdə çıxardığı qərarı Sizin və Azərbaycan dövlətinin humanist siyasətinin nəticəsi kimi qiymətləndiririk. Özümüz də dərk etmədən qeyri-ixtiyari şəkildə düşdüyümüz vəziyyəti dşündükcə dərin peşimançılıq hissi keçirdirik. Həbsdə olduğumuz müddət ərzində istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri təhlil edərək, daha sağlam düşünmək, baş verənlərə düzgün və obyektiv yanaşmaq fürsəti əldə etmişik. Yol verdiyimiz səhvlərlə yaxınlarımıza, ailəmizə hörmətsizlik etmiş, dövlətimizin və xalqımzın mənafeyinə xələl gətirən məntiqsiz hərəkətlərə yol vermişik.
Biz bu müraciət vasitəsi ilə eyni zamanda bədxah və nankor qüvvələrin şəxsi mənafeələrindən doğan təxribatlara uymuş gənclərə özlərinə, doğmalarına, xalqımıza, eyni zamanda gələcəklərinə kortəbii yanaşmamağı tövsiyyə edərdik!
Müstəqil dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə şəxsi ambisiya və maraqlardan vaz keçməli , xalqın mənafeyinə və iradəsinə zidd intriqalara yol verməməli, gənclərin beynini zəhərləyən, onları cahələtə sürükləyən, mövhumatı təlqin edən, xurafatı aşılayan fikir və təhriklərdən uzaq durmalı, xoşbəxt gələcək və rifah naminə, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda həmrəylik nümayiş etdirməliyik.
Bu gün azadlığa qovuşmağımızı sizin cəza-icra siyasətində apardığınız genişmiqyaslı humanist islahatların, xüsusilə son zamanlar bu istiqamətdə imzaladığınız fərmanın hüquq-mühafizə orqanları, habelə məhkəmələr tərəfindən yüksək səviyyədə icrasının təcəssümü kimi qiymətləndiririk. Şəxsən sizə və bütün dünyada humanist ideyaların carçısı kimi tanınan Mehriban xanım Əliyevaya bir daha sonsuz minnətdarlığımızı bildirir, xalqımızın, o cümlədən ailənizin rifahı və firavan gələcəyi naminə sizlərə cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Nardaran əhli olaraq ömrümüzün sonuna kimi dövlətimizə və xalqımıza , şəxsən sizə rəğbət və sədaqətlə xidmət etməyə hazır olduğumuzu bəyan edirik.
Dərin və hörmətlə Nardaran sakinlər
Nuriyev Akif Arif oğlu
Qədirov Nadir Əbdülağa oğlu
Əliyev Sahib Hüseyağa oğlu
Cəbrayılov Ağasəlim Salman oğlu
Ağayev Seyidəli Ağakərim oğlu
Quliyev Həsən Əhməd oğlu
Ağarəziyev Mübariz Nasir oğlu
Alxasov Vidadi Şirinbala oğlu
Nəbizadə Ürfan Feyyaz oğlu
Məmmədov İntiqam Həmdulla oğlu
Əliyev Əli İsmayıl oğlu
Əliyev Vasif Vaqif oğlu
Nəbizadə Hüseyn Məmmədəli oğlu
Şahbazov Atabala Şahbaz oğlu
MilliYol.Az
Digər xəbərlər
loading...