Ölkəmizdə peşə təhsilini iqtisadiyyatın hazırkı inkişafına uyğunlaşdırmaq qeyri-neft sektoru üzrə müasir tələblər səviyyəsində kadr hazırlamaqda qarşıya qoyulan əsas hədəflərdəndir
Peşə təhsilinin genişləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, bu il ilk peşə ixtisas təhsili müəssisələrini seçənlərin sayı səkkiz mini ötüb. Bu, ötən illərlə müqayisədə xeyli çoxdur. AZƏRTAC xəbər verir ki, əmək bazarının peşə təhsili üzrə mütəxəssislərə olan tələbi bu istiqamətdə təklifin yüksək səviyyədə olmasını aktual edir. Həmçinin bu sahə üçün hüquqi bazanın yaradılması zərurəti də meydana çıxır. Belə ki, Milli Məclisin elm və təhsil komitəsi artıq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlayır. Layihədə özəl peşə təhsili müəssisələrinin yaradılması da əksini tapıb. Qeyd edək ki, hazırda ölkəmizdə 90-dək dövlət peşə təhsili müəssisəsi fəaliyyət göstərir.
MilliYol.Az
loading...