Əli Haşim
“Al-Monitor” (ABŞ)
Anonimlik şərti ilə ərəb diplomatik qaynaqlarından “Al-Monitor”a bildirilib ki, İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik cəhdləri dalana dirənib. Mənbənin sözlərinə görə, "Tehranın bölgədə təkəbbürlü yanaşması və qonşularını təhdid etməsi, daxili işlərinə qarışması və bölgəni sabitləşdirməyə kömək etməməsi ucbatından yeni bir yol mümkün deyil".
Bu, iki qonşu Fars körfəzi ölkəsi arasında keçmiş illərdə, xüsusilə də rəsmi Riyadın Səudiyyə şiə din xadimini edam etməsi, iralı etirazçıların Tehranda və Məşhəddə səltənətin diplomatik missiyalarına hücum etməsindən sonra yeni səhifənin açılmasına dair söz-söhbətə sonu kimi görünür. Bundan öncə, bir sıra hadisələr, o cümlədən 2011-ci ilin martında Suriyadakı böhranla başlayan və 2014-cü ilin martında Riyad və müttəfiqlərinin Yəməndə müharibə aparması ilə davam edən Səudiyyə-İran qarşılaşması üçün əsaslar qoyub.
Suriya və Yəməndə davam edən müharibələrə baxmayaraq, İraqın daxili İşlər Naziri Qasim əl-Araci avqustun 13-də Tehranda jurnalistlərə verdiyi açıqlamada Səudiyyə rəsmilərinin onun hökumətindən rəsmi Tehranla olan boşluqları aradan qaldırmağı xahiş etməsi şərhi ilə nikbinliyə yer vardı. Lakin Səudiyyə rəsmiləri daha sonra Aracinin iddialarını təkzib edib. Bununla belə, builki həcc mövsümündə zirvəsinə çatan müsbət düşüncə dalğası itməmişdi.
Bu il ziyarətə qatılan 85 min iranlı zəvvar var, Səudiyyə Ərəbistanının və İran nümayəndə heyətlərinin qarşılıqlı səfərləri dialoqa başlanğıc ola biləcəyi təəssüratını yaradırdı.
Sonra İranın ali lideri Ayətullah Əli Xamnidən gələn həcc mesajı oldu. Keçən ildən fərqli olaraq, o, Səudiyyə Ərəbistanını və ya hökumətini, krallığın siyasətlərini tənqid etməyib.
Aydındır ki, İran bu il İraqın vasitəçiliyinə cavab olaraq deyil, bəlkə də, İslam Respublikasının vəziyyəti dəyişmək niyyətində olmasına inandırmaq üçün bu il fərqli bir mesaj göndərmək istəyirdi. Amma Tehran administrasiyası Riyad ilə yaxınlaşma ehtimalı azdır.
Sentyabrın 5-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Səudiyyə Ərəbistanı ilə İslam dünyasının müxtəlif bölgələrində böhranların qarşısını almaq üçün əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Zərif: "Suriyada, Bəhreyndə şiddət və təzyiqlərə, Yəməndə irrasional müharibəyə son qoymaq üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırıq", – deyib.
Nazir Zərif ölkəsinin hər zaman dialoqa açıq olduğunu söyləməklə, “bu təkcə qonşularımıza aid deyil, istənilən ölkənin siyasətində hər hansı bir dəyişiklik olsa, İran bunu mütləq qəbul edəcək", – deyə əlavə edib.
XİN rəhbərinin açılamaları iki ölkə arasında ciddi bir müzakirə olmadığı aydın bir göstəricidir: "Səudlar səhifəni çevirməyə hazır olduqları halda, biz də hazırıq. Gərginlikdən danışmaqdan imtina etməli və əməkdaşlıq yolunu açmalıyıq. Bölgədəki əlavə böhranlara ehtiyacımız yoxdur, daha çox əməkdaşlıq və anlaşma zərurətdir".
İraq, Yəmən, Suriya, Livan və Bəhreyn – İran və Səudiyyə Ərəbistanı arasındakı qarşıdurmanın əsas nöqtələri olaraq qalır. İraq – İranın arxa bağçası, Yəmən isə Səudiyyə Ərəbistanının “mülküdür”. Livan, Suriya və Bəhreyn balanslaşdırılmış nişan sahəsidir; İranın Bahreyndə, Səudiyyə Ərəbistanının Livanda bəzi üstünlükləri var; Səudiyyə Ərəbistanının orada rolunu məhdudlaşdırdıqlarına baxmayaraq, Suriya mübahisəli bir zəmin olaraq qalır.
Regional nəzarət xəritəsindəki duruma istinad edən bəzi analitiklər deyir ki, Səudiyyə Ərəbistanı İran qarşısında geri çəkilir və İraqın vasitəçiliyi Körfəz krallığının İrana uduzmasının sübutudur; iki amansız rəqib arasındakı qarşıdurma sona çatır.
Ancaq bu, real deyil və İraq buna bariz nümunədir.
İraq baş naziri Heydər İbadi və daha sonra Aracin iyul ayında Səudiyyə Ərəbistanına səfərləri əvvəldən ən azı təəccüblü sayıldı. O dövrdə Səudiyyə Ərəbistanının İraqdakı rolu ilə əlaqədar çoxlu möhtəkir xəbərlər dolaşırdı. Riyad ilə Tehran arasında əlaqələrin bərpasında İraqın rolu da qabardılırdı.
Eyni zamanda, tanınmış İraq lideri Müqəddəs Sadr iyulun 31-də Ciddəyə gözlənilməz səfər edərkən, Səudiyyənin vəliəhd şahzadəsi və digər rəsmilərlə görüşüb. Bununla bir daha düşüncə və təhlillər İran-Səudiyyə əlaqələrinə yönəlib və regional kontekst möhtəkir fikirləri artırmağa kömək edib. Lakin sonradan baş verən hadisələr, Sədrin Səudiyyə Ərəbistana səfəri ilə bağlı xeyli sual və fərqli cavablar yaradıb.
2003-cü ildə İraq lideri Səddam Hüseyn rejiminin devrilməsindən sonra, İran "siyasi şiəlik" adlanan siyasətin bir hissəsi kimi İraqda yeni hakim elitanın formalaşmasında mühüm rol oynayıb. İraqın şiə partiyaları ABŞ işğalı dövründə Tehranla güclü əlaqələr qurub və İranı İraq siyasi arenasında əsas oyunçulardan biri edib.
Səudiyyə Ərəbistanı isə sünni siyasi hərəkatları və bəzi dünyəvi şiə siyasi xadimləri ilə yaxşı əlaqələr yaradıb və bu, Bağdadla Səudiyyə rəsmiləri arasında müəyyən səviyyədə körpüdür. Amma ABŞ-ın İraqdan çəkilməsi və Suriyadakı münaqişənin başlanğıcından sonra müəyyən şeylər ciddi şəkildə dəyişib və İŞİD-in Mosul və Anbar əyalətlərini işğal etməsi ilə İran, İraqdakı yeganə nüfuzlu dəmir əl olub, ürəkləri və zehinləri qazanmağa başlayır.
Amma iraqlıların öz ürəkləri və düşüncələri hələ birləşməyib; siyasi fraksiyalar arasındakı fərqlər böyükdür və seçkilər artıq qapını döyür.
Səudiyyə Ərəbistanının yeni yanaşması bu dəfə İranın arxa bağında oynamaq və enerjisini yalnız sünni siyasi hərəkatları və İraqdakı dünyəvi şiələrə deyil, həm də daha çox şiə dini qruplara sərf etməkdən ibarətdir. Belə bir addım Riyada əlavə kartlar verə bilər, Səudiyyə Ərəbistanının Yəməndə İranın rolunu qəbul etməsi, öz növbəsində, İraqda yeni bir oyunçu kimi tanıdar.
MilliYol.Az
Digər xəbərlər
loading...