"Aprel hadisələri Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi, hər kəs bunu görməli, ağlını başına yığmalıdır"
“Türkiyə ilə Azərbaycan iki qardaş dövlətdir. Bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir”.
APA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olaraq bu problemin diplomatik, müzakirələr, sülh yolu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini arzu edir: “Problemin qısa zamanda yurd-yuvalarından qaçqın və məcburi köçkün olan vətəndaşların öz torpaqlarına qayıdacağı şəkildə həll edilməsini istəyirik. Hər şeydən önəmli bu problemin sülh yolu ilə həll edilməsidir. Müzakirələrin nəticə verməsi üçün hər kəs məsuliyyətini dərk etməli, ağlını başına yığmalıdır. Ötən keçən il yaşanan aprel hadisələri bizə Azərbaycanın ordusunun nələrə qadir olduğunu göstərdi. Hər kəs bunu görməlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...