Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib
Trend-in məlumatına görə, bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.
Bundan başqa, analoji zənglərlə əlaqədar Çitada bir neçə ticarət mərkəzi və vağzal binası təxliyə edilib.
Eyni hadisələrin Rusiyanın daha 4 şəhərində də qeydə alındığı bildirilib. Saratov şəhərində inzibati bina təhdid zəngi ilə əlaqədar boşaldılıb. Yakutskda şəhər administrasiya binasından və hava limanından insanlar təxliyə edilib. Permdə məktəb və gimnaziyalar, Yujno-Saxalinskdə vağzal və ticarət mərkəzlərinə bomba qoyulması barədə zənglər daxil olub.
Hazırda bu hadisələrlə bağlı araşdırmalar aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...