2017-ci il 31 avqust tarixinə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana dövlət borcu 8,995 mln. dollar təşkil edir
APA-nın yerli bürosunun Gürcüstanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 31 iyul tarixinə olan göstərici ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 0,347 mln. dollar azalıb.
Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin ümumi həcmi 4,946 mlrd. dollar təşkil edib ki, bunun da 4,901 mlrd. dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (289 mln. dollar), Yaponiya (210 mln. dollar) və Fransaya (132 mln. dollar) dövlət borcu var.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.
MilliYol.Az
Digər xəbərlər
loading...