MilliYol.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Kremldə seçki kampaniyasının strategiyasını hazırlayıblar
Strategiya iki mərhələdən ibarət olacaq. Ehtimal edilir ki, ölkənin hazırkı Prezidenti seçkilərə müstəil namizəd kimi qatılacaq.
Kremlin mətbuat katibi Dmitri Peskov isə xatırladıb ki, hələlik Putin seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.
Müstəqil politoloq Dmitri Oreşkin hesab edir ki, dövlət başçısından daha bir müddət vəzifəsində qalması barədə vətəndaşların özlərinin xahişini nəzərdə tutan format artıq Rusiya üçün ənənəyə çevrilib. Onun fikrincə, prezident administrasiyası çətin ki, bu varianta əl atsın.
Növbəti müddətə Putin üçün seçkilərə müstəqil namizəd kimi irəli sürülmək daha əlverişlidir. Politoloq hesab edir ki, indi «Vahid Rusiya»ya arxalanmağa dəyməz. Ekspert əlavə edib ki, ümumiyyətlə, Putinin seçkiləri uduzacağını təsəvvür etmək mümkün deyil.
«Putin əvvəlki kimi, rusiyalıların böyük dəstəyindən yararlanır. Ona görə də onun yeni müddətə namizədliyini irəli sürmək məsələsində problem yaranmır» – deyə, «Forbes»ın baş redaktoru Nikolay Uskov «Exo Moskvı» radiosunun efirindən bildirib. Ancaq Prezident “Vahid Rusiya” partiyasından aralı dayanmaq istəyir.
Putinin özü sentyabrın 5-də növbəti dəfə bəyan edib ki, 2018-ci il prezident seçkilərində iştirak edib-etməmək planlarından danışmağın vaxtı hələ yetişməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...