Prezident İlham Əliyev sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı Xəzər Zafir oğlu İbrahimi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırıb.
Qeyd edək ki, əvvələr Xəzər İbrahim Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.
Prezident İlham Əliyev həmçinin Faiq Nüsrət oğlu Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncam imzalayıb.
O, bu vəzifəyə 2010-cu ildətəyin edilmişdi. Faiq Bağırov 1990-1992-ci illərdə, Azərbaycan Xarici İşlər Nazirliyində ikinci katib, 1993-1996-cı illərdə XİN-in konsulluq idarəsində pasport bölmə müdiri, 1996-2000 – ci illərdə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində birinci katib, Konsulluq idarəsinin rəhbəri işləyib. 2000-2001–ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müşaviri, 2002-2004 –cü illərdə isə XİN-in Konsulluq İdarəsinin rəis müavini olub. 2004-2010-cu illərdə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri, 2005-2011-ci ildə Ərəb Dövlətləri Liqasında daimi müşahidəçi olub. Səfir rus, ərəb, ingilis və türk dillərini bilir, ailəlidir, iki övladı var.
MilliYol.Az
Digər xəbərlər
loading...