Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 707 mln. 965,31 min manat daxil olub
APA komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 281 mln. 705,80 min manat və ya 19,75% artıb.
Bu ilin 8 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 448 mln. 041,54 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 183 mln. 284,94 min manat, aksizlər üzrə 53 mln. 983,50 min manat, yol vergisi üzrə isə 22 mln. 655,33 manat təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...