Ermənistan parlamentində işləyən vəzifəli şəxslərin korrupsiya və fırıldaqçılıq əməlləri ifşa olunub
Bu barədə “Jamanak” qəzeti yazıb. Nəşrin yazdığına görə, bir müddət əvvəl Ermənistan parlament heyətinin bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Məlumata görə, həmin şəxslər uzun müddət parlamentin maliyyə resurslarını idarə ediblər.
Belə ki, Ermənistan parlament heyətinin rəis müavini, işlər idarəsinin rəhbəri Erik Minasyan, Maliyyə və mühasibat şöbəsinin rəis müavini Ruzanna Atoyan, mühasibat qeydiyyatı bölməsinin rəisi Susanna Ayvazyan tutduğu vəzifədən azad edilib.
Maliyyə və mühasibat qeydiyyatı şöbəsinin rəisi Vardan Tovmasyan isə rəis vəzifəsindən azad edilərək eyni şöbənin rəis müavini vəzifəsinə təyin edilib. Qəzetin verdiyi məlumata görə, qeyd edilən şəxslərin fəaliyyətlərinin araşdırılması nəticəsində milyonlarla vəsaitin sui-istifadə yolu ilə mənimsənilməsi halları aşkar edilib.
Qeyd edək ki, Ermənistanda keçirilən sonuncu parlament seçkilərində qalib gələn yeni deputatlar öz otaqlarını təmir etmək məqsədilə, sözügedən heyətə müraciət etmişdi. Lakin mühasibatlıqdan alınan cavab yeni deputatları çıxılmaz vəziyyətə salmışdı. Belə ki, mühasibatlıq parlamentin büdcəsində yetərli vəsaitin olmadğını iddia edərək deputaların otaqlarının təmir edilməyəcəyini bildirmişdi.
Baş verən korrupsiya hallarının parlamentin sabiq sədri Qalust Sahakyanın icazəsi ilə icra edildiyi bildirilir.(azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...