Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna regionlarını gəzdikdən sonra Kiyevə gələcəyini bildirib
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün jurnalistlər önündə çıxış edərək Saakaşvili bildirib: “Bütün Ukraynanı dolaşdıqdan sonra yaxın günlərdə, yaxud həftələrdə mən Kiyevə gələcəyəm”. O qeyd edib ki, bu gündən etibarən “iri şəhərləri və kiçik kəndləri” gəzərək, “xalqın tələbləri”ni toplayacaq. “Bundan sonra mən xalqla birlikdə Kiyevə yollanaraq bu tələbləri Ukrayna hakimiyyətinə çatdıracağam”, – o deyib.
Bununla birlikdə, Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, onun prezident Poroşenko və baş nazir Vladimir Qroysmanla şəxsi ədavətim yoxdur, lakin “Ukrayna hakimiyyətinin oğru olmasını və qanunsuzluğun hökm sürməsi”ni bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...