"Neftçi”nin əsas komandasına yeni baş məşqçi təyin olunub
Virtualaz.org bildirir ki, bu barədə paytaxt təmsilçisinin saytı xəbər yayıb. Bildirilir ki, “ağ-qaralar”a Tərlan Əhmədov rəhbərlik edəcək. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl 45 yaşlı yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib.
2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).
MilliYol.Az
Digər xəbərlər
loading...