MilliYol.Az AzPolitika.info-ya istinadla xəbər verir ki, Rusiya və Koreya Xalq Demokratik Respublikasını (KXDR) «dayandırmaq» məqsədilə Ağ Evdə ordunun silahlanmasına ən yeni tip nüvə bombası təqdim etmək barədə düşünürlər
Xəbəri «Politico» nəşri yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, söhbət ölçüləri kiçildilmiş və aşağı dağıdıcı təsirə malik partlayıcı qurğulardan gedir. Çünki onların tətbiqi daha real olacaq – tətbiqinə icazə almaq daha asan olacaq.
Qeyd olunur ki, Donald Tramp administrasiyasını bu addımı atmağa təhrik edirlər. Bu sıradan, KXDR-nın bu yaxınlarda həyata keçirdiyi raket sınaqlarını və Rusiyanın hərbi aktivliyini önə çəkmək olar.
Beynəlxalq konvensiyalar ənənəvi nüvə silahından istifadəni qadağan edir, ancaq aşağı güclü ekzemplyarlar üçün istisnalar mümkündür. Ümumiyyətlə, ABŞ-ın eks-prezidenti Barak Obama bu sferada cığır axtarmağa cəhd göstərməyib və kəskin bəyanatlarına baxmayaraq, o, istənilən kütləvi qırğın silahının yaradılmasını qadağan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...